Çevrimiçi üyeler    
Çevrimiçi üyeler :
Çevrimiçi ziyaretçiler :
» Site Üye Sanatçıları » Üye Sanatçılarımız » Sanatçı Detayı  
Google Sitede
ÜYE SANATÇILARIMIZ
ONUR SANATÇILARIMIZ
ÜYE SANATÇILARIMIZ
Sanatçı adı : Şamil Nacafzada KAMİLOĞLU

Galeriler
Gallery 1 »

Biyografi :
Azərbaycanın Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə Bakı şəh. anadan olub.
1978 ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamliq məktəbini bitirdikdən sonra, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya institutunun rəssamlıq fakültəsinin bədii kino bölməsinə daxil olub. SSRİ-nin Xalq Rəssamı, professor Mixail Boqdanovun emalatxanasında təhsil alıb.

1984-cü ildə fərqlənmə diplomu ilə institutu bitirib ?Azərbaycanfilm? kinostudiyasina qəbul olunur. Quruluşçu rəssam kimi doqquz filmin bədii tərtibatını verib.
1990-cı ildən peşəkar kinorejissor kimi fəaliyyətdədir. Çəkdiyi filmlər bir çox beynəlxalq kinofestivallarda nümaiş etdirilib (Almaniya, ABŞ, Finlandiya, Türkiyə, Rusiya, Latviya və s.), bir neçə mükafatlarla təltif edilib, o cümlədən:
?İntegrasiya? beynəlxalq kinofestivalının Xüsusi mükafatı (2004-ci il, Polşa, ?Qısa monoloqlar? filminə görə);

?Pak xəyallar? adlı müstəqil kino beynəlxalq festivalının ?Ən yaxşı vizual-plastik həllinə görə? mükafat (2002-ci il, Sankt-Peterburq, Rusiya, ?Leyli və Məcnun? filminə görə).

?KROK? beynəlxalq animasiya festivalının ?Ən yaxşi debüt? prizi (1991-ci il, Ukrayna-Rumıniya, ?İthaf? filminə görə);

?Firuzə Baharı? gənc kino festivalının ?Ən yaxşı sənədli filminə görə? mükafat (1993-cü il, Türkmənistan, ?Ağ-qara dünya? filminə görə);

?Şərqdən baxış? beynəlxalq kinofestivalının ?Ən yaxşı animasiya filminə görə? mükafat (1992-ci il, Azərbaycan, ?İthaf? filminə görə);

Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən təsis edilmiş Milli Kino müsabiqəsinin ?Kinoda ən yaxşı bədii tərtibat? mükafatı (1995-ci il, Azərbaycan, ?Yarasa? filminə görə).

1999 ildə Horvatiyanın ?Imaginary Film? Kino Akademiyasının sertifikatı ilə təltif olunub.

Cox saylı Beynəlxalq, Ümumittifaq və Respublika təsviri sənət sərgilərində yaraddığı tablolar nümaiş etdirilib, o cümlədən 21 Nisan 1994 il Genc Türk Azeri Sanatçılar Yarışmasında (BP Türkiye). Onun resm əsərləri dünyanın bir çox şexsi kolleksiyalarında saxlanılır.

1995-98 illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin ?Sabah? birliyində prodüser vəzifəsində çalışıb.

1999-cu ildə ?ABBA? Müstəqil Televiziya kanalının yaranmasında Bədii Rəhbər vəzifəsində yaxından iştirak edib.

2000-ci ildə ?ANS? Müstəqil Yayim və Mediya Şirkətində Baş Prodüser vəzifəsində çalışıb.

?Simurq? Müstəqil kinostudiyasının Baş Direktorudur.
Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin ?Kino və TV? kafedrasının baş müəllimidir.
Beynəlxalq ?Qafqaz sənədli kino Şəbəkəsinin? Azərbaycan üzrə təmsilçisidir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının Xarici əlaqələr üzrə Katibidir.
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Peşəkar Kinorejissorlar Gildiyasının üzvüdür.

Filmoqrafiya

Quruluşçu rəssam kimi:

?Cin mikrorayonda? 1985 il
?İmtahan? 1986 il
?Yeni il əhvalatı? 1986 il
?Afroditanın qolları? 1987 il
?Təxribat? 1988 il
?İthaf? 1990 il
?Yarasa? 1994 il
?Kral ölür? 1995 il
?Leyli və Məcnun? 1996 il
?Ailə? 1998 il

Rejissor işləri:

?İthaf? animasiya filmi 1990 il
?Ağ-qara dünya? sənədli film 1991 il
?Ağa ? cəddinə qurban? sənədli film 1993 il
?Sonra ? sabah...? sənədli film 1994 il
?Kral ölür? film-tamaşa 1995 il
?Leyli və Məcnun? 2 seriyalı bədii film-opera 1996 il
?Dad yaddaşı? 2 seriyalı sənədli film 1997 il
?HotDoq? qısa bədii film 1998 il
?Ağ kətandakı adam? sənədli film 1999 il
?Uşaqlara xas olmayan əhvalatlar? sənədli film 2000 il
?Zəvvar? sənədli film 2002 il
?Qısa monoloqlar? sənədli film 2003 il
?Səma şairi? sənədli film 2003 il
?Əmanət? sənədli film 2004 il

«« Geri